Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Braziliyanın futbol yığması dünyada ən bahalı heyətdir

18.11.2017 15:05

Braziliyanın futbol yığması oyunçuların transfer qiyməti baxımından, Rusiyada keçiriləcək "DÇ-2018”də ən bahalı iştirakçı komanda olacaq.

AZƏRTAC "Transfermarkt” saytına istinadla xəbər verir ki, Braziliya yığmasının beşqat dünya çempionu olan futbolçularının ümumi qiyməti 671,5 milyon avrodur. İlk beşliyə, həmçinin İspaniya (643,5 milyon), Almaniya, Fransa (hər biri 636,5 milyon) və Argentina (528,5 milyon) daxildir.

Hazırda Avropa çempionu olan Portuqaliya yığması reytinqdə doqquzuncu yerdədir. "DÇ-2018”də ən ucuz komandalar Kosta-Rika (21,8 milyon), Səudiyyə Ərəbistanı (18,83 milyon) və Panama (5,25 milyon) yığmalarıdır.

Rusiya ərazisində tarixdə ilk dünya çempionatı 2018-ci il iyunun 14-dən iyulun 15-dək keçiriləcək.

© xezerxeber.az


479 dəfə oxunub

XƏBƏRLƏR

20.11.2018 15:58

Məşhur cütlük AYRILDI

ÇOX OXUNANLAR