Kavani Nistelroy və Ronaldonun rekorduna şərik oldu

19.10.2017 16:16

PSJ-nin futbolçusu Edinson Kavani Çempionlar Liqasının tarixinə düşüb.

Uruqvaylı hücumçu buna qrup mərhələsinin 3-cü turu çərçivəində "Anderlext"lə matçda nail olub. Parislilərin 4:0 hesablı qələbəsi ilə yekunlaşan oyunda 2-ci qolu vuran təcrübəli forvard ardıcıl 7-ci ÇL qarşılaşmasında fərqlənib.

Daha öncə bu uğura hollandiyalı hücumçu Ruud van Nistelroy və "Real"ın portuqaliyalı ulduzu Kristiano Ronaldo imza atmışdı.

© xezerxeber.az


65 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR