“Nyukasl” futbol klubu satışa çıxarıldı

17.10.2017 11:38

İngiltərə Premyer Liqasında çıxış edən və bu ölkənin ən yaşlı klublarından olan "Nyukasl” satışa çıxarılıb.

Bu barədə klubun məxsus olduğu "St. James Holdings Limited” şirkətinin yaydığı açıqlamada "Nyukasl”ın daha aydın və parlaq gələcək üçün satışa çıxarıldığı qeyd edilib.

Ötən il ikinci liqada – Çempionşipdə mübarizə aparmalı olan "Nyukasl” bu il yenidən Premyer Liqaya qayıdıb. Hazırda 8 turdan sonra aktivində 11 xal olan komanda Premyer Liqada 9-cu sıradadır.

Qeyd edək ki, 1892-ci ildə yaradılan klubun hazırkı sahibi ingiltərəli milyarder Mayk Eşlidir. O, 2007-ci ilin iyulunda 134 milyon funt sterlinq ödəyərək kluba sahib olub.

© xezerxeber.az


66 dəfə oxunub

XƏBƏRLƏR

19.11.2017 16:43

Lavrov İrəvana gedir

ÇOX OXUNANLAR