Şagirdlərin qış tətili olacaqmı?

12.01.2021 10:01

Təhsil Nazirliyi oktyabr-noyabr aylarında olan iki həftəlik tətillə əlaqədar şagirdlərin qış tətilinin (27-31 yanvar) kompensasiya edilib-edilməyəcəyi ilə bağlı açıqlama verib.

Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhsil müəssisələrində tədris ilinin müddəti (o cümlədən, tətillərin vaxtı və müddəti) Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Nazirlik həmin tətillə bağlı yaxın günlərdə açıqlamanın veriləcəyini bildirib.

© xezerxeber.az


436 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR