Dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün smeta-normativ və qiymətqoyma sistemi təkmilləşdirilir.
XəzərXəbər-in məlumatına görə, bu, Nazirlər Kabinetinin "Dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün smeta-normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi ilə əlaqədar bəzi məsələlər barədə” qərarına verilən izahda əksini tapıb.
İzahda qeyd edilib ki, qəbul edilmiş qərar Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün 2021-ci il oktyabrın 1-dən daha dəqiq hesab olunan resurs metodunun tətbiq ediləcəyini və həmin metodun tətbiq edilməsi ilə bağlı elektron informasiya bazasının yaradılması üçün aidiyyəti dövlət orqanları tərəfindən həyata keçirilməsi tələb olunan tədbirləri müəyyən edir.
Qərar dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün smeta-normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsini nəzərdə tutur.
Bu qərarla yaradılan yeni mexanizm ölkənin tikinti sektorunda və dövlət sifarişlərinin həyata keçirilməsi prosesində şəffaflığın təmin olunmasına, neqativ hallara imkan verən boşluqların aradan qaldırılmasına xidmət edəcək, bürokratik işi azaldacaq və prosesi sadələşdirəcək.
Bununla yanaşı, Türkiyə Respublikasının mövcud təcrübəsindən istifadə etməkləyeni smeta-normativ və qiymətqoyma sisteminin yaxın 2 il ərzində təkmilləşdirilməsi məqsədilə müvafiq normativ-metodik sənədlərin hazırlanması və yeni yaradılacaqelektron informasiya sisteminə məlumatların avtomatik ötürülməsi üçün həyata keçirilməsi tələb olunan tədbirlər və onların icraçıları müəyyən edilib.
© xezerxeber.azVaksinasiya yalnız həkim yoxlanışı və göstərişi ilə ediləcək
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Bu prospektdə avtobuslar üçün yeni hərəkət zolağı yaradıldı - VİDEO
Zəfər muzeyi burda olacaq: Texnikalar əraziyə gətirildi - VİDEO
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - VİDEO
Dayanacağın girişinə mane olan iki ağacın dibi betonlanıb - VİDEO
Koronavirus qrip kimi olsa, hər il... - Professordan VACİB AÇIQLAMA
Qəhrəman döyüşçülərimizi tanıyaq: Şəhid Rüfət Mehdizadə - VİDEO
Hirkan Milli Parkında yanğının söndürülməsinə təyyarə cəlb olunub
"Gələn həftə Azərbaycanda..." - Nazirlər Kabinetindən vacib açıqlama
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB