Bakının bu ərazisində olan obyektlər sökülür

29.12.2020 17:29

Bakıda yol genişləndirilməsi səsbəbindən Yasamal rayonu ərazisində yerləşən bəzi obyektlər sökülür.

Söhbət Yasamal rayonu 20 Yanvar küçəsindən gedir. Ərazidə fəaliyyət göstərən sahibkarların verdiyi məlumata görə, artıq bir neçə obyekt sökülüb, əvəzində isə onların sahiblərinə kompensasiya verilib.

Sözügedən ərazidə yeni park da salınır. Yol genişləndikdən sonra 20 Yanvar küçəsinin girişində həmin parka gələn insanlar üçün avtomobil dayanacağı da inşa ediləcək.


Qeyd edək ki, 20 Yanvar küçəsi Moskva prospekti ilə kəsişir. Bakının şimal girişi olan Moskva prospektinin ətrafında da bəzi abadlıq işləri görülür./Trend

© xezerxeber.az


781 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR