Naxçıvan avtobuslarının qiyməti ucuzlaşacaq - Deputatdan açıqlama

03.12.2020 14:21

Naxçıvanla Azərbaycan arasında birbaşa nəqliyyat əlaqələrinin bərpa edilməsi sahibkarlara geniş imkanlar yaradacaq.

Bunu Xezerxeber.az-a açıqlamasında deputat, iqtisadçı Vüqar Bayarmov deyib.

Onun sözlərinə görə, Naxçıvanda sahibkarlığın və iqtisadiyyatın inkişafı yüksək mərhələyə qədəm qoyacaq:

"Naxçıvanda istehsal edilən mineral sular, alkoqollu içkilər və digər emaledici ərzaq məhsullarının kifayət qədər geniş bazarı var. Amma uzun müddət istər quru, istərsə də dəmiryol vasitəsilə birbaşa əlaqənin olmaması istehsal edilən məhsulların geniş istehlak bazarlarına çıxarılmasına çətinliklər yaradırdı. Yeni alternativ yollardan istifadə sahibkarlara nəqliyyat və loqistik xərclərə qənaət etməklə öz məhsullarını Naxçıvan, Türkiyə və Avropa bazarına çıxarılmasına şərait yaradacaq.

Şimal- cənub nəqliyyat dəhlizinə inteqrasiyası imkanları Azərbaycan və Naxçıvan üzərindən daşınan beynəlxalq yüklərin həcminin və valyuta gəlirlərinin çoxalmasıdır".

Sevinc Yasinqızı 

© xezerxeber.az

FOTOQALERIYA






533 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR