Kürdəmirdə avtomobil su kanalına düşdü - Xəsarət alan var

03.12.2020 08:43

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Qarabucaq kəndində qeydə alınıb.

Belə ki, sürücü, 2002-ci il təvəllüdlü Umudov Ramil Bahadur oğlu avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil su kanalına düşüb. Qəza zamanı ağır bədən xəsarətləri alan gənc əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi, alın sümüklərinin qəlpəli sınıqları diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır. (report)

Sevinc

© xezerxeber.az


378 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR