Bakıda iki yük avtomobili toqquşub - Ölənlər var

01.12.2020 09:08

Bakı şəhərinin Qaradağ rayonunda "İsuzu” və "KamAZ” markalı iki yük avtomobili toqquşub.

http://xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "İsuzu” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan 1995-ci il təvəllüdlü Qədirov Əhməd Səməd oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Sevinc

© xezerxeber.az


441 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR