Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

"Real" transfer şousuna hazırlaşır: iki ulduz gəlir

30.11.2020 09:29

"Real" futbol klubunun rəhbərliyi PSJ-nin hücumçusu Kilian Mbappeni və "Borussiya"nın hücumçusu Erlinq Holandı komandada görmək istəyir.

Bu barədə AS bildirib.

Məlumata görə, "Real" 2021-ci ildə Mbappenin transferini həyata keçirməyi planlaşdırır, 2022-ci ildə isə Holandın keçidini rəsmiləşdirməyə hazırlaşır.

Mbappe PSJ-yə 2017-ci ilin yayında "Monako"dan keçib. Futbolçu "parislilər”ə əvvəlcə icarə əsasında qoşulub. Daha əvvəl bildirilirdi ki, "Real Madrid" Mbappe ilə maraqlanır.

Erlinq Holand isə 2020-ci ilin yanvarında "Borussiya"nın oyunçusu olub. O, bu komandaya Avstriya klubu "RB Zalsburq"dan 20 milyon avroya keçid alıb. Holand bu il alman klubunda bütün yarışlarda 31 görüş keçirib, 33 qol vurub, 6 məhsuldar ötürmə edib.

© xezerxeber.az


404 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR