Röyadan etiraz: ""COVID-19"-a yoluxma xəstəlikdir, pozğunluq deyil"

28.11.2020 09:54

Xalq artisti Röya Ayxan koronavirusa yoluxduğu halda bunu gizlədən dostlarına etiraz edib.

Xezerxeber.az xəbər verir ki, xalq artisti sosial şəbəkə hesabında yaxın ətrafında olan insanlara müraciət edərək öz narazılığını bildirib:

"Sözüm koronavirus tutan və fərqində olmayan, olsa belə gizlədən dostlarıma, tanışlarımadır. Nasazlıq hiss edəndə gizlətməyin. Bu, xəstəlikdir, pozğunluq deyil. Evimizdə xəstə valideynlərimiz var, sizin əlinizdən atama baş çəkə bilmirəm. Elə gizlədirsiniz ki, elə bil bilsək, sizi insan alverinə dəvət edəcəklər”.

Sevinc Yasinqızı

© xezerxeber.az


634 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR