“Qalatasaray” öz meydanında xal itirib

24.11.2020 09:10

Noyabrın 23-də futbol üzrə Türkiyə çempionatının IX turunun sonuncu qarşılaşmasında "Qalatasaray” doğma meydanda "Kayserispor”u qəbul edib.

Xezerxeber.az xəbər verir ki, gərgin keçən görüşdə qalib müəyyənləşməyib – 1:1. İstanbul təmsilçisinin qolunu 63-cü dəqiqədə Mbaye Cagne vurub. Kayseri klubunun heyətində isə Qustavo Kampanaro fərqlənib.

Beləliklə, "Qalatasaray” doğma meydanda xal itirib.

Hazırda çempionatın turnir cədvəlinə 20 xalla "Alanyaspor” başçılıq edir. Onunla eyni xala malik olan "Fənərbağça” ikinci, 17 xal toplayan "Qalatasaray” isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. Doqquzuncu turda "Yeni Malatyaspor” istirahət edib.

© xezerxeber.az


413 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR