Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Əziz Sancar hər iki valideynini itirmiş Xədicənin təhsil xərcləri üçün yardım ayırıb

23.11.2020 09:02

Kimya üzrə Nobel mükafatının qalibi, ABŞ-ın Şimali Karolina ştatında yaşayan Türkiyə əsilli dünyaca məşhur alim Əziz Sancar Ermənistanın 17 oktyabr tarixində Gəncəyə raket atəşi nəticəsində hər iki valideynini itirmiş Xədicə Röyal qızı Şahnəzərovanın gələcək təhsil xərclərinin ödənilməsi məqsədilə xüsusi olaraq yaradılmış bank hesabına əhəmiyyətli miqdarda vəsait köçürüb.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən xezerxeber.az-a verilən məlumata görə, Əziz Sancar BBC-də yayımlanmış xəbərə istinadən Xədicənin həyatında baş vermiş bu faciəvi hadisədən kədərləndiyini və müharibədən əziyyət çəkmiş bu kimi uşaqların yüksək səviyyədə təhsil almaları üçün müvafiq təhsil fondlarının yaradılmasının faydalı ola biləcəyini vurğulayıb.

© xezerxeber.az

FOTOQALERIYA






563 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR