Cəbhəyə yollanan gün övladı dünyaya gələn şəhidimiz - VİDEO

20.11.2020 20:37

O, cəbhəyə yollanan gün körpə Fidanı doğulub.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan tabor komandiri Surxay Noçuyevdən gedir.

Şəhid zabitimizin atası Əbdül Noçuyev deyir ki, oğlu Füzuli, Hadrut, Cəbrayıl, Qubadlı ilə yanaşı, Zəngilanın, doğma Məmmədbəyli kəndinin də azadlığını yaşadı, bircə Şuşadan nigaran getdi.

Ailəli olan Surxaydan geriyə 2 körpə balası qalıb. Üzünü belə görmədiyi 2 aylıq Fidan və atasının şəhidliyindən hələ də xəbərsiz olan 5 yaşlı Uğur...

Surxay, doğma Məmmədbəyli torpağın da, uğrunda can verdiyin Şuşamız da azaddır, qardaş! Arzuladığın şəhidlik zirvən, şəhadətin mübarək!

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






998 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR