Döyüşlərdə çəkdirdiyi şəkillərlə bir anda sosial şəbəkələrin gündəminə düşdü...
Xezerxeber.az-ın məlumatına görə, Cəlilabad rayonunun Sərhədabad kənd sakini, 1989-cu il təvəllüdlü Allahşükür Qasımov artıq bir neçə ildir Azərbaycan Ordusunda xidmət edir.
Daha çox "Paşa" ləqəbi ilə tanınan Allahşükür Qasımov uşaqlıqdan həvəskar şəkildə idmanla məşğul olub və bu peşənin sirlərinə yiyələnib.
Sentyabr ayının 27-dən Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarında iştirak edən Paşa vahiməli cüssəsi ilə düşməni lərzəyə gətirən hərbçilərdən biridir. O, Füzuli, Cəbrayıl və Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Hazırda xidmətini davam etdirir. Ailəsi isə onun haqqında eşidəndə qürur hissləri yaşayıblar.
Qohumları Paşadan agız dolusu danışırlar. Torpaqlarımızın azad olunması ugrunda Allahşükür Qasımovun da iştirak etməsi hamının ürəyincədir.
Hazırda Allahşükür Qasımov Şuşada xidmətini davam etdirir. 3 yaşlı oğlu Kənan isə atasının yolunu səbirsizliklə gözləyir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
© xezerxeber.az
Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı
Sürücülər yanacağı dəyişir - Qiymətdə yarıbayarı fərq var - VİDEO
Mühərrik həcmi kiçik olan avtomobillərə tələb sürətlə artır - VİDEO
Ermənistan ÇÖKÜR - Avro və dollar bahalaşır, inflyasiya dərinləşir
Dəhşətli hadisə 46 nəfərin həyatına son qoydu, yüzlərlə yaralı var
Hirkan Milli Parkında yanğının söndürülməsinə təyyarə cəlb olunub
"Gələn həftə Azərbaycanda..." - Nazirlər Kabinetindən vacib açıqlama
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB