Türkiyədə zəlzələ: 20-dən çox bina dağılıb, dəniz suyu ətrafı basıb - VİDEO

30.10.2020 17:07

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində 20-dən çox bina dağılıb.

Həmçinin Egey dənizində suyun səviyyəsi qalxıb və ətraf əraziləri su basıb.

 ***

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində 6 yaşayış binası dağılıb

Dağılan binalar şəhərdə toz dumana səbəb olub.

 

***

İzmir şəhərinin Bayraklı rayonunda güclü zəlzələ nəticəsində bina çöküb.

Hadisə ilə əlaqədar axtarış-xilasetmə işlər başlanıb.

***

Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanın ocağı 16,54 km dərinlikdə olub.

Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib.

Türkiyədə baş verən güclü zəlzələnin təkanlarının İstanbul və İzmir şəhərlərində hiss edildiyi bildirilib.

Dağıntılar var.


© xezerxeber.az

FOTOQALERIYA






771 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR