Döyüşlər Şuşa yaxınlığında, Daşaltıda gedir - Ermənistan Müdafiə Nazirliyi

30.10.2020 15:40

Döyüşlər Şuşa yaxınlığındakı Daşaltı kəndi yaxınlığında aparılır.

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Arçrun Ovannisyan bu barədə qondarma məlumat mərkəzinə istinadən məlumat verib.

Qeyd edək ki, Daşaltı qəsəbəsi Şuşadan cəmi 5,6 kilometr məsafədədir. Bir çox hərbi analitik bu yaşayış məntəqəsini "Şuşaya açılan qapı” adlandırır.

Xatırladaq ki, Dağlıq Qarabağdakı erməni hərbi elitasının lideri general Arkadi Karapetyan Azərbaycan Ordusunun Şuşaya yaxınlaşdıqlarını bildirmişdi. Qarabağ separatçılarının lideri Arayik Arutyunyan da Azərbaycan Ordusunun Şuşadan 5 kilometr məsafədə yerləşdiyini bildirmişdi./konkret.az

© xezerxeber.az


648 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR