Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Ermənistan əsgərləri döyüş meydanından qaçır - Paşinyandan ETİRAF

26.10.2020 20:13

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə silahlı qüvvələrinin əsgərlərinin Qarabağda döyüş meydanından qaçdığını etiraf edib.

"Sputnik Armenia" xəbər verir ki, bu barədə Ermənistanın hökumət başçısı feysbukda canlı yayımda bildirib.

"Əlbəttə, müharibədə plov paylamırlar, müharibə xaos yaradır. Lakin hər kəs bilməlidir ki, döyüş meydanından qaçanı cəzalandırmaq lazımdır və heç bir bəraət qəbul olunmur", - o deyib.

N.Paşinyan həmçinin vurğulayıb ki, bu, taleyüklü məqamdır və ermənilərin heç biri onlara kömək ediləcəyinə ümid bəsləməməlidir.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə erməni hərbçilərin narazılığı və fərariliyini əks etdirən videogörüntülər yayılır./report

© xezerxeber.az

FOTOQALERIYA






1007 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR