Bakı açıqladı: Meyitlərin bir hissəsini verməyə hazırıq

18.10.2020 16:32

Azərbaycan birtərəfli qaydada erməni hərbçilərinin meyitlərinin bir hissəsini verməyə hazırdır.

XəzərXəbər xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyi ilə keçirilmiş görüşlərdə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında elan edilmiş müvəqqəti humanitar atəskəsin ruhuna uyğun olaraq, Azərbaycanın birtərəfli qaydada hazırda Azərbaycan tərəfində olan erməni hərbçilərinin meyitlərinin bir hissəsini iki ölkənin dövlət sərhədinin Tovuz rayonu istiqamətində əvvəlcədən razılaşdırılmış dəhlizdə BQXK-nın vasitəçiliyi ilə Ermənistana verməyə hazır olduğunu diqqətə çatdırmışdır.

Bu barədə qarşı tərəfə bildirilməsi xahiş olunmuşdur”.

© xezerxeber.az


670 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR