"Reuters" dünyaya ELAN ETDİ - Azərbaycan Ordusundan BÖYÜK ZƏFƏR

28.09.2020 15:16

İngiltərənin dünyaca məşhur "Röyters” informasiya portalı Ermənistanla Azərbaycanın sərhəd xəttində baş verən olaylarla bağlı son məlumat və görüntüləri dərc edib.

XəzərXəbər xəbər verir ki, ötən gün başlayan əməliyyatlar çərçivəsində Azərbaycanın erməni cəbhəsinə böyük miqyasda ziyan vurduğu bildirilib.

Bölgədə Ermənistan ordusuna aid hərbi təchizatların nöqtə atışı ilə vurulduğu qeyd olunub. Azərbaycan Ordusunun kritik nöqtələri ələ keçirdiyi, strateji yüksəkliklərə nəzarəti bərpa etdiyi dünyaya çatdırılıb.

Nəşrin məlumatına görə, birgünlük döyüşlərdə ermənilərin itkisi ikiqat olub. Vurğulanıb ki, bu döyüşlər 2016-cı ildən bəri ən şiddətli qarşıdurmalardır. Ermənistanı işğal altındakı Dağlıq Qarabağa birləşdirən Vardəniz-Ağdərə magistral yolunun Azərbaycan Ordusunun nəzarətində olduğu da qeyd edilib.

Ermənistan ordusunun artıq Su-30 döyüş təyyarələrini havaya qaldırmaq məcburiyyətində qaldığı iddia edilib.

© xezerxeber.az


1043 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR