"AzerGold": İstiqrazlarımızı alanlar iqtisadi inkişafda pay sahibi olacaq

24.09.2020 12:01

"AzerGold” QSC ölkə prezidentinin tapşırıqlarına uyğun olaraq gəlirlilik səviyyəsini artırmağı qarşısına məqsəd qoyub”.

Bunu "AzerGold”un istiqrazlarının hərraca çıxarılması ilə bağlı keçirilən tədbirdə səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

"Buna nail olmaq üçün yeni mədənlərin kəşf edilməsi, işə salınması vacibdir. Bu da öz növbəsində yeni sərmayə qoyuluşlarını tələb edir. Ölkədə həyata keçirilən dövlət proqramları və tədbirlər planları nəticəsində milli iqtisadiyyatın şaxələndirilməsi davam edir, maliyyə bazarları stabil inkişaf edir. Bu da "AzerGold” kimi mənfəətlə işləyən dövlət şirkətləri üçün yeni maliyyə alətlərindən istifadə etmək imkanı yaradır. Məhz bu imkan çərçivəsində biz bu gün "AzerGold”un istiqrazlarını yerli bazara çıxarırıq. Bu istiqrazları həm biznes strukturları, həm də sadə vətəndaşlar üçün yeni gəlir mənbələri formalaşdırır. Qiymətli kağızlara investisiya qoyanlar milli iqtisadiyyatın inkişafında pay sahibi olacaqlar”, - deyə o, qeyd edib./report

© xezerxeber.az


276 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR