Bakıda metronun qarşısında dəhşətli hadisə - Gənc oğlan öldü

23.09.2020 09:43

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

XəzərXəbər xəbər verir ki, dünən saat 20:00 radələrində Sabunçu rayonu Heydər Əliyev prospektində (metronun "Koroğlu" stansiyasının qarşısı) "Mercedes" markalı minik avtomobili 18-20 yaşlı oğlanı vurub. Gənc oğlan aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bildirilib ki, hadisə piyada keçidi olmayan yerdə qeydə alınıb.

Faktla bağlı araşdırmalar aparılır.

© xezerxeber.az


435 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR