Məktəblər yenidən bağlanır? - Təhsil Nazirliyindən AÇIQLAMA

22.09.2020 10:39

Xəbər verdiyimiz kimi dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb. Məktəblərdə yenidən tədris dayandırıla bilərmi?

Bununla bağlı KONKRET.az-ın sualını cavablandıran Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, bizim yaydığımız məlumat o demək deyil ki, məktəblər bağlanır: "Pandemiya dövründə yaşadığımız üçün məktəbdə də böyük də, kiçik də koronavirusa yoluxa bilər. Biz sadəcə ümumi məlumat yaymışıq. Bu, o demək deyil ki, məktəblər yenidən bağlanır. Məktəblərin bağlanması ilə bağlı qərarı vermək Operativ Qərargahın səlahiyyətindədir”.

© xezerxeber.az


1058 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR