Abşeronda avtomobil azyaşlı uşağı vurub

19.09.2020 14:08

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Azyaşlının xəsarət alması ilə nəticələnən hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb.

Abşeron polis idarəsindən xezerxeber.az-a bildirilib ki, 2011-ci il təvəllüdlü Əbdülrəhmanov Nemət Taleh oğlu yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona başın sol gicgah nahiyəsinin əzilmiş-sıyrılmış yarası, sol pəncənin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


392 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR