FHN: Bakıda boş ərazidə məişət və təkər tullantıları yanıb

19.09.2020 13:44

Bakı şəhəri, Nərimanov rayonu, Z. Bünyadov prospekti yaxınlığındakı boş ərazidə 150 m² sahədə məişət və təkər tullantıları yanıb.

Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın saat 11:22-də Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© xezerxeber.az


403 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR