"Trabzonspor" komandası ingiltərəli futbolçunu transfer edib

19.09.2020 09:21

Türkiyənin "Trabzonspor" futbol klubu növbəti transferini reallaşdırıb.

Xezerxeber.az klubun saytına istinadla xəbər verir ki, Türkiyə təmsilçisi "Çelsi"nin futbolçusu Lyuis Beykeri icarəyə götürüb. 25 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. L.Beyker yeni klubunda bir mövsüm üçün 700 min avro pul qazanacaq.

Qeyd edək ki, karyerası ərzində İngiltərədə "Lids Yunayted", "Midlsbro" və Almaniyanın "Fortuna Düsseldorf" klublarında oynayan futbolçu Niderlandın "Vitesse” komandasında 64 görüşdə 15 qol vurub.

O, İngiltərənin aşagı yaş qruplarındakı müxtəlif yığmalarında isə 45 matçda 19 dəfə fərqlənib.

© xezerxeber.az


385 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR