Rəsmi Moskvadan Dağlıq Qarabağ AÇIQLAMASI

17.09.2020 19:00

"Regiondakı qaçqın və köçkünlər məsələsi də daxil olmaqla, Dağlıq Qarabağ probleminin həllinə yönəlmiş danışıqlar prosesinin bərpasına diqqət ayırmalıyıq”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı deyib.

"ATƏT-in Minsk qrupu həmsədrləri sentyabrın 14-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə məsləhətləşmələr apardı, vasitəçilərin Dağlıq Qarabağ nizamlanması kontekstində gələcək addımlar, o cümlədən nazirlərin hər biri ilə üçlüyün ayrı-ayrı görüşlərinin keçirilməsi barədə təkliflərini onlara çatdırdı. Tərəflərdən müsbət reaksiya gözləyirik”, - M.Zaxarova bildirib.(Report)

© xezerxeber.az


3415 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR