Kiyev-Bakı aviareysi bərpa oluna bilər - VAXT AÇIQLANDI

17.09.2020 11:51

Oktyabrın 1-dən etibarən "Ukraine International Airlines" (UIA) şirkəti Kiyevdən 5 beynəlxalq istiqamət üzrə uçuşlar həyata keçirməyi planlaşdırır.

"APA-Economics" UIA-ya istinadən xəbər verir ki, qeyd olunan tarixdən etibarən Kiyevdən Brüsselə (Belçika), Düseeldorfa (Almaniya), Londona (Böyük Britaniya), Praqaya (Çexiya) və Bakıya (Azərbaycan) uçuşlar həyata keçirilməsi nəzərdə tutulub.

Bundan başqa, UIA Amsterdam, London, Paris, Brüssel, Milan, Düsseldorf, Münhen və Praqa şəhərlərindən Kiyev üzərindən Dubay, Qahirə, Bakı, İstanbul, Tel-Əviv və İrəvana tranzit reyslər təklif edir.

Həmçinin, Kiyev üzərindən Dubay, Qahirə, Bakı və İrəvan şəhərlərindən Amsterdam, London, Paris, Brüssel, Milan, Düsseldorf, Münhen, Praqa, Tel-Əviv və İstanbula tranzit reyslər təklif olunur.

© xezerxeber.az


483 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR