Metro açılır - VİDEO

11.09.2020 20:56

Bakı Metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa edilir. Düz 72 gündən sonra artıq vətəndaşlar metrodan istifadə edə biləcəklər.

Xezerxeber.az-ın məlumatına görə, mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq və virusa yeni yoluxma hallarına yol verməmək üçün vətəndaşlardan mövcud karantin rejiminin tələblərinə və tibbi-profilaktik qaydalara əməl etmək xahiş olunur.

Bakı Metropoliteninin sözçüsü Bəxtiyar Məmmədovun sözlərinə görə, metroda bir sıra təkmilləşdirmə işləri aparılıb. Metropoliten gücləndirilmiş iş rejimində çalışacaq. Sərnişinlər üçün metropoliten işçilərindən ibarət qruplar xidmət göstərəcək. Onlar metronun pik vaxtında karantin qaydalarına əməl etmək üçün vətəndaşlara köməklik göstərəcəklər.

Qeyd edək ki, sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə bu qadağalar metro üçün də keçərli olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






613 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR