Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

ŞOK PLAN: Türkiyənin böyük şəhərlərini PARTLATMAQ İSTƏDİLƏR

10.09.2020 10:30

Türkiyənin xüsusi xidmət orqanlarının və jandarmeriya əməkdaşlarının iştirakı ilə keçirilən əməliyyatın gedişatında Mardin əyalətində 2 suriyalı və onların Suriyadan Türkiyənin böyük şəhərlərində terror aktlarının təşkili məqsədi ilə partlayıcı maddəni çatdırmış köməkçisi tutulub.

"Anadolu” agentliyi xəbər veri ki, saxlanılanlar böyük şəhərlərdə insanların kütləvi toplaşdıqları ticarət mərkəzləri və bazarlar kimi yerlərdə terror aktları təşkil etməyi planlaşdırıblar.

Suriyalılar - M.N və E.T Türkiyəyə çantalarında təxminən 15 kq plastik partlayıcı maddə, 4 elektrodetonator, 2 yaddaş kartı, 9 voltluq 4 batareya və digər partlayıcı vasitə keçiriblər.

Saxlanılanlardan həmçinin üç mobil telefon götürülüb.

Hazırda hüquqi prosedurlar davam edir.

İstehkamçılar iddia edirlər ki, partlayıcı maddənin dağıdıcı gücü çox yüksəkdir və üçmərtəbəli binanı yararsız etmək üçün kifayətdir./Publika.az

© xezerxeber.az


599 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR