Fahriye Evcenin fanatlarına pis xəbər

13.08.2020 11:31

Türkiyənin məşhur aktrisası Fahriye Evcen yeni qərarı ilə izləyicilərini məyus edib.

Yaxın günlərdə serial çəkilişlərinə qayıtması gözlənilən aktrisa qərarını dəyişib.

O bildirib ki, həm koronavirusa görə, həm də oğlu Karanı baxıcıya əmanət etməmək üçün belə qərara gəlib.

Evcen, eyni zamanda, ürəyinə yatan layihə olarsa və öz şərtləri qəbul edilərsə, bunları dəyərləndirəcəyini də istisna etməyib.

© xezerxeber.az


1745 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR