Çimərliklərdə sıxlıq var - Bu yoluxmanı artıra bilər - VİDEO

09.08.2020 20:30

Ölkəmizdə virusa yoluxanların sayının azalması təbii ki, tətbiq olunan sərt karantin rejiminin nəticəsidir. Buna görə də vətəndaşlar yumşalmalardan sui istifadə etməməli, sosial məsafə və gigiyena qaydalarından tutmuş bütün pandemiya şərtlərinə əməl etməlidir. Lakin görünən odur ki, insanlar fürsət yaranan kimi qaydaları ciddi şəkildə pozur. Elə çimərliklərdə yaşanan sıxlıq bunun sübutudur. Cəmi 5 gündür ki, çimərkilərdən istifadəyə müyyən şərtlərlə icazə verilsə də, dəniz kənarına üz tutanların hədsiz çoxluğu narahatlıq yaradır. Düzdür aidiyyatı qurumların nümayəndələri ciddi nəzarət tədbirlərini həyata keçirir, amma insan faktoru heç də məsuliyyətli davranışla üst-üstə düşmür. Elə bu səbəbdən də bakı şəhər icra hakimiyyəti əhaliyə müraciət edib. Bildirilib ki, istirahət etmək həvəsi vəziyyəti ziyanımıza dəyişə bilər.

Bura Bakıdakı çimərliklərdən sadəcə birinə gedən yoldur. Bir neçə gün əvələ qədər karantin rejimi səbəbindən həmin yol boş idi, indi isə əksinədir.

Çimərliklərlə bağlı qadağanın götürülməsindən sonra dəniz kənarına ciddi axın müşahidə olunur. Bu isə öz növbəsində yoluxma riskini artırır. Çünki, virusa yoluxmanın başlıca səbəbi insanların bir yerdə kütləvi toplaşmasıdır.

Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdiri Coşqun Cəbrayılov bildirir ki, mövcud sıxlığa daim nəzarət olunur. Buna baxmayaraq "cimerlik.az" portalına baxmadan dənizə gəlmək yoluxmanı artıra bilər.

Dənizə gələn paytaxt sakinləri də ilk dəfədir ki, çimərlikdə belə sıxlığın olduğunu bildirirlər. Düzdür tələb olunan qaydalara əməl edənlər də var. Lakin riayət edilməsi lazım olan ən vacib qayda insan sıxlığına səbəb olamamaqdır.

Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdiri Coşqun Cəbrayılov bildirir ki, çimərliklərdə xüsusi arakəsmələrin gözlənilməsi üçün yerlər müəyyən edilib. Səsgücləndirici vasitələrlə maarifləndirmə işləri aparılır. Lakin vurusun yayılmaq ehtimalını artıran bu mənzərənin yaranmaması birbaşa insanların özündən asılıdır.

Bir daha xatırladaq ki, vətəndaşlar "cimerlik.az" saytı vasitəsilə daha az adam olan yerləri müəyyənləşdirib, həmin çimərliklərdə rahat istirahət edə bilərlər.

© xezerxeber.az

FOTOQALERIYA






528 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR