Sulutəpə dairəsində yaranan tıxaca son qoyulacaq - VİDEO

06.08.2020 09:28

Bakı-Sumqayıt yolu üzərindən Sulutəpə qəsəbəsi və Şamaxı yolu istiqamətinə olan körpü genişlənidirilir. Yolda olan zolaqların sayı artırlacaq ki, Bu da Sulutəpə dairəsində yaranan tıxaca son qoyacaq. Bu məqsədlə yeni yol öturücüsünün inşasına da başlanılıb.

Sürücülərin işi daha da asanlaşacaq. Nə tıxacda qalacaqlar, nə də ki əlavə vaxt itirəcəklər. Bakı Sumqayıt yolunda aparılan genişləndirmə işləri çərçivəsində Sulutəpə qəsəbəsi və Şamaxı yolu istiqaməti üzrə mövcud körpüdə genişləndirilmə işlərinə başlanılıb.

Yol ötürücüsündə görülən işlərinin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulub. Sulutəpə dairəsinin üzərində isə yeni yol ötürücüsünün inşaasına başlanılıb.

Yeni yol ötrücüsündə işlər bu ilin sonun qədər davam etdiriləcək. Bakı Sumqayıt yolunun daralmasına səbəb olan Xırdalan dairəsində mövcud olan dəmir yol ötrücüsündə də yenidənqurma işləri aparılır. Avqust ayının ikinci on günlüyündə körpünün sökülməsinə start veriləcək. Genişləndirmə işləri Bakı Sumqayıt yolunda avtomobillərin hərəkətinə heç bir maneə törədilmədən aparılacaq.

© xezerxeber.az


558 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR