Bakıda 88 yaşlı qadın koronavirusa qalib gəldi - Gəlini ilə birlikdə... - VİDEO

06.08.2020 09:24

Modul tipli xəstəxanada müalicə alaraq sağalanlardan biri də 88 yaşlı qadındır. Onun gəlini də həmin xəstəxanada COVID-19-dan müalicə olunub. Hər iki qadın sabah evə buraxılacaq.

88 yaşlı qadın koronavirusdan sağaldı.

Söhbət Bakıdakı modul tipli xəstxanada koronavirusdan müalicə alan Həlimə Zeynalovadan gedir. O, 2 həftə əvvəl COVID -19 diaqnozu ilə daxil olub və müalicələr nəticəsində bu infeksiyadan sağalıb. Həkimlərin sözlərinə görə, onun yanaşı gedən ağır xəstəliyi olmayıb.

Həlimə Zeynalovanın gəlini Nübar Əliyeva da onunla eyni xəstəxanada koronavirusdan müalicə alır. O da sabah evə buraxılacaq.

Həkimlərin sözlərinə görə, son vaxtlarada xəstəxanaya gətirilənlərin əksəriyyətinin vəziyyəti ağır olur. Çünki, onlar evdə özlərini müalicə etmək istəyirlər. Vaxtında tibb müəssisəsinə müraciət etdikdə isə koronavirusdan daha asan sağala bilərlər.

Bu modul tipli tibb ocağında yaşının çox olmasına baxmayaraq xəstəliyi yüngül keçirən başqa xəstələr də var.

© xezerxeber.az


363 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR