Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Gürcüstanda yanacaq bahalaşdı

02.08.2020 12:56

Gürcüstanda yanacağın qiymətində bahalaşma qeydə alınıb.

Bu barədə ölkənin Neft Məhsulları İdxalçıları Birliyi məlumat yayıb.

Bildirilir ki, adi yanacaq doldurma məntəqələrində (YDM) yanacaq orta hesabla 30 tetri (təqribən 10 sent), brend YDM-lərdə isə 5-8 tetri bahalaşıb.

Birliyin sədri Vano Mtvralaşvili deyib ki, son aylarda yanacağın qiymətinin artması dünya bazarlarında neft məhsullarının əhəmiyyətli dərəcədə bahalaşması ilə əlaqədardır. O, yanacağın qiymətinin bundan sonra da arta biləcəyini istisna etməyib. Bildirib ki, pandemiya dövründə dünya bazarında enerji daşıyıcılarının və neft məhsullarının qiymətində artım müşahidə olunur.(AzərTAc)

© xezerxeber.az


514 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR