Bakıda postların sayı artırılır — RƏSMİ

27.07.2020 21:55

Bu gündən Bakı şəhərində mobil postların sayı artırılır.

XəzərXəbər xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Əsgərli deyib. O bildirib ki, təhlükəsiz şəhər kameraları vasitəsilə müşahidələr aparılacaq və nəqliyyatın sıx olduğu küçələrdə mobil postlar qurularaq yoxlamalar təşkil ediləcək.

"Son günlərdə, xüsusilə də şənbə, bazar və bu gün, bazar ertəsi günündə şəhərdə nəqliyyat sıxlığı kifayət qədər çoxalıb. Yəni şəhərdə aparılan, təhlükəsiz şəhər kameraları vasitəsilə aparılan müşahidələr göstərdi ki, nəqliyyat vasitələrinin intensivliyi icazələrlə tərs mütənasiblik təşkil edir. DİN rəhbərliyi də vaxtında qərar verdi ki, bu reydlərin, mobil postların sayı artırılsın və vətəndaşlarımızın icazə əsasında hərəkət etmələri stimullaşdırılsın". 

© xezerxeber.az

FOTOQALERIYA






1528 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR