Düşmənin 100-ə qədər canlı qüvvəsi məhv edilib - Müdafiə nazirinin müavinindən açıqlama - VİDEO

14.07.2020 16:31

"İyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində şiddətli döyüşlər davam edib. İki sutka ərzində düşmənə sarsıdıcı döyüş zərbələri endirilib. Düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası və mühüm obyektləri məhv edilib”.

Xezerxeber.az-ın məlumatına görə bu barədə jurnalistlərə açıqlamasında Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib.

K.Vəliyev qeyd edib ki, döyüşlər nəticəsində Azərbaycan Ordusu da itki verib: "Səhər saatlarında döyüş zamanı general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olublar".
K.Vəliyev qeyd edib ki, hazırda döyüşlər davam edir və düşmənin canlı qüvvəsi, texnikası, komanda məntəqələri vurulur və məhv edilir: "Düşməndən fərqli olaraq bizim zabitlərimiz əsgərlərin arxasında gizlənmirlər və döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Təəssüflər olsun ki, döyüşlər itkisiz olmur. Müdafiə Nazirliyinin rəhbərliyi adından şəhidlərimizə rəhmət diləyirik. Sizi əmin edirəm ki, şəhidlərimizin, yaralılarımızın qanı yerdə qalmayacaq”.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






555 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR