Tovuz istiqamətində ağır döyüşlər davam edir - AÇIQLAMA

14.07.2020 14:20

Hazırda Tovuz istiqamətində şiddədli döyüşlər davam edir. Ordumuzun verdiyi cavablar nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib. 

Xezerxeber.az-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı jurnalistlərə açıqlamasında deyib.

V.Dərgahlı bildirib ki, hazırda vəziyyət gərgin olaraq qalır, ağır döyüşlər davam edir. O qeyd edib ki, Ermənistan tərəfi Azərbaycanın yaşayış ərazilərini atəşdə saxlamağa çalışır.

V.Dərgahlı qeyd edib ki, əməliyyat şəraiti tam olaraq Azərbaycan ordusunun nəzarəti altındadır.

© xezerxeber.az

FOTOQALERIYA






555 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR