Sabirabadda baş həkimin oğlu avtomobillə iki qadını vuraraq öldürüb - YENİLƏNİB

07.07.2020 14:17

Sabirabadda iki nəfərin ölümünə səbəb olan qəzanı törədən avtomobilin sürücüsünün kimliyi məlum olub.

"Mercedes" markalı avtomobilin sürücüsü Kamran Nəsirlidir.

Qeyd edək ki, K. Nəsirli Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğludur.

***

13:02

Sabirabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Mercedes” markalı avtomobil 2 piyada qadını vurub.

Hər iki qadın hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. (APA)

© xezerxeber.az

FOTOQALERIYA






560 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR