Tanınmış milyarder Bodrumda çimərliyi bağlatdırdı

03.07.2020 13:22

Rusiyalı iş adamı Aleksandr Svetakov Türkiyədə çimərliyi bağlatdırıb.


Türkiyə mətbuatı xəbər verir ki, rusiyalı milyarder Bodrum-Yalıkavaka gəlib. 72 metrlik "Cloudbreak” adlı ultra yaxtası ilə diqqət mərkəzində olan Aleksander Svetakov Xuma çimərliyi yaxınlığında lövbər salıb.


4 uşağı və həyat yoldaşı ilə Xuma Çimərliyinə gedən Alexander Svetakov çimərliyin bütün şezlonqlarını alıb. Hərarətləri ölçüldükdən sonra ailə üzvləri və 20 nəfərlik mühafizə qrupu çimərliyə daxil olub.


50 milyon dollar dəyərində olduğu bildirilən yaxta hovuz, sauna, masaj otağı, kinoteatr və idman salonundan ibarətdir./Publika.az

© xezerxeber.az

FOTOQALERIYA






1316 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR