Ağsu sakini buraxılış imtahanında maksimum nəticə göstərib - VİDEO

01.07.2020 20:34

Ağsu rayon sakini Hüseyn Abdullayev buraxılış imtahanında ən yüksək nəticə göstərib.

Xezerxeber.az-ın məlumatına görə, imtahanda maksimal nəticəni Abşeron rayonu, Xırdalan şəhər 1 saylı orta məktəbin məzunu Abdullayev Hüseyn Yaşar oğlu əldə edib.

Hüseyn Abdullayev 300 bal toplayaraq buraxılış imtahanında rekorda imza atıb.

O, atasının işi ilə əlaqədar olaraq 1-ci sinfə Xətai rayonunda gedib, 3-cü sinifdən isə Abşeron rayonu, Xırdalan şəhəri 1 saylı orta məktəbində təhsil alıb və burdan məzun olub.

O, onlayn rejimdə ilk dəfə hazırlaşmağına baxmayaraq, özü üçün xüsusi cədvəl hazırlayıb. Müəllimlərlə onlayn ünsiyyət qurduqdan sonra da kitab-dəftərdən ayrılmayıb.

Onun dərslərini hazırlamasında müəllimlərinin və valideynlərinin də böyük dəstəyi olub.

Hüseyn imtahanın birinci mərhələsini uğurla keçməsinə baxmayaraq, növbəti mərhələ üçün də ciddi hazırlaşır. Onun hədəfi 700 bal toplamaqdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






1583 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR