Salyanda ağır QƏZA: Sahibkar hadisə yerində öldü

01.07.2020 13:40

Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində sürücü ölüb.

XəzərXəbər xəbər verir ki, hadisə ötən gecə saatlarında Salyan rayonunun Qırxçıraq kəndi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Ruslan Tofiq oğlu Abdullayevin idarə etdiyi "Toyota” markalı, 90-BK-939 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə, sürücü hadisə yerində ölüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada ölən R.Abdullayev Salyanda fermer fəaliyyəti ilə məşğul olub.

O, ferma işlədirmiş./APA/

© xezerxeber.az


502 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR