"Barselona"nın gələcək vəd edən futbolçusu "Mançester Yunayted"də

30.06.2020 15:21

"Barselona"nın gələcək vəd edən futbolçusu kimi göstərilən Mark Xurado Kataloniya klubunda ayrılıb.

16 yaşlı oyunçu "Mançester Yunayted"ə keçib. Sağ cinah müdafiəçisi 9,5 il "Barsa"nın bütün yaş qruplarından ibarət komandalarında oynayıb.

Xurado klubun yeni müqavilə təklifini qəbul etməyib və "qırmızı şeytanlar"a keçib. Mançester təmsilçisi "Barselona"ya 1,5 milyon avro yetişdirmə haqqı ödəyəcək.

Gənc futbolçu karyerasında peşəkar oyun keçirməyib.

© xezerxeber.az


442 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR