Sumqayıtda modul tipli xəstəxanaya 44 koronavirus xəstəsi yerləşdirildi

30.06.2020 11:40

"Sumqayıtda artıq fəaliyyətə başlayan modul tipli xəstəxanaya 44 koronavirus xəstəsi yerləşdirilib. Onlar orta ağırlıq dərəcəsində olan xəstələrdir".

XəzərXəbər xəbər verir ki, bunu Xeberle.com-a açıqlamasında Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıxova deyib. 

S.Sadıxova bildirib ki, oksigen dəstəyinə ehtiyacı olan xəstələr isə Sumqayıt pandemiya xəstəxanasının əsas korpusunda müalicələrini davam etdirirlər:

"Nəzarət 2 saylı şəhər xəstəxanasının rəhbərliyinə həvalə edilib. Burada üç növbəli sistem qurulub və 35 tibb personalından ibarət işçi heyəti var".

Qeyd edək ki, Sumqayıtda fəaliyyət göstərən modul tipli xəstəxana üç bölmədən, 100 palatadan ibarətdir və 200 çarpayılıqdır.

Palataların hər biri süni tənəffüs aparatı və zəruri avadanlıqla təchiz edilib.

© xezerxeber.az


439 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR