ABŞ koronavirusu müalicə edən dərmanı bu qiymətə satacaq - Dodaquçuqladan rəqəm

30.06.2020 10:13

"Gilead Science” koronavirusu müalicə edən "Remdesivir” dərmanının ABŞ bazarı üçün qiymətini müəyyənləşdirib.

İyul ayından etibarən satışa veriləcək dərmanın vətəndaşlar üçün qiyməti 3 min 120 dollar olacaq.

Qeyd edək ki, dərman may ayından bəri ABŞ hökumətinə pulsuz verilirdi. İnkişaf etmiş ölkələrin hökumətləri bu dərmanı 390 dollara ala biləcək. ABŞ-da bu dərmanın özəl tibbi sığortası şirkətlərinə satış qiyməti 520 dollar təşkil edəcək. Tibbi sığortası olan bir xəstə "Remdesivir” müalicəsi üçün 3 min 120 dollar ödəməli olacaq.

© xezerxeber.az


453 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR