Bir qrup hərbi qulluqçuya ali hərbi rütbələr verilib

25.06.2020 13:14

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. 

Xezerxeber.az-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

"general-polkovnik” hərbi rütbəsi

general-leytenant Kərəm Nəriman oğlu Mustafayevə

"general-mayor” hərbi rütbəsi

polkovnik Nizami Ağoğlan oğlu Məmmədova

polkovnik Ramil Əlimran oğlu Əsgərova

"kontr-admiral” hərbi rütbəsi

1-ci dərəcəli kapitan Sübhan Kamal oğlu Bəkirova.

© xezerxeber.az

FOTOQALERIYA






891 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR