Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Bir həftəlik çölə çıxma qadağası tətbiq edilə bilər — AÇIQLAMA

06.06.2020 09:08

Xəbər verdiyimiz kimi iyunun 3-də 325 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb.


Məhz buna görə də Operativ Qərargahın iyunun 3-də keçirilən brifinqində şənbə və bazar günləri insanların çölə çıxmasına qadağa qoyulacağı bildirildi. Əgər artma dinamikası davam etsə, insanların 1 həftəlik çölə çıxmasına qadağa qoyula bilərmi?

Bununla bağlı danışan deputat Cavid Osmanov bildirib ki, Operativ Qərargah dünyada və ölkədə mövcud vəziyyəti analiz edərək müvafiq qərarlar verir:

"Bilirsiniz ki, dünən Operativ Qərargahın növbəti brifinqi keçirildi. İyun ayının 3-ə olan statistika ürək açan olmadı. 325 nəfər yeni yoluxma və 5 nəfər də ölüm faktı qeydə alındı. Günbəgün bu yoluxma dinamikası çoxalır. Məhz ona görə də dünən keçirilən brifinqdə şənbə və bazar günlərində daha sərt karantin rejiminin keçirilməsi təklif olundu. Həmin günlər hətta market və apteklər də işləməyəcək. Bütün insanların evdə qalaraq izyolasiya edilməsi ilə çalışırlar ki, yoluxmaların sayını azaltsınlar. Təbii ki, yoluxma artma dinamikası davam edərsə gələcək bu qadağa 7 günlük də ola bilər. Təbii ki, bu qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətində olan məsələdir. Əlbəttə ki, bunu heç kim arzulamır. Ona görə insanlarımız bu xəstəliyin nə qədər təhlükəli olduğunu anlamalı, karantin rejimin qaydalarına və Operativ Qərargahın tövsiyyələrinə əməl etməlidir. İnsanlarımız məsuliyyətli olsalar, qoruyucu tibbi maskalardan istifadə edib, ictimai nəqliyyatda, market və mağazalarda sosial məsafəni qorusalar biz tezliklə bu bəladan qurtula bilərik. Bir daha insanlarımızı özlərinin və yaxınlarının sağlamlığını qorumaq üçün qoyulan qaydalara əməl etməyə çağırıram”.

(sonxeber.az)

© xezerxeber.az


700 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR