Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Həftə sonları yalnız bu şəxslərin işləməsinə İCAZƏ VERİLƏCƏK

04.06.2020 11:08

"Şənbə və bazar günü həyati vacib sahələrin çalışması nəzərdə tutulur”.

XəzərXəbər xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heytəinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, qəza xidməti sahələri, təcili tibbi yardım və stasionar tibbi xidmət göstərən tibb müəssiələri və elə istehsalat sahələri var ki, onların fasiləsiz işləməsi zəruridir: "Bu zəruri sahələrdə fəaliyyət göstərən məhdud sayda vətəndaşlarımıza SMS vasitəsilə çıxmağa icazə veriləcək. Ancaq bu əvvəlki kimi SMS-lə çıxmaq deyil. Biz sərt karantin rejimində olduğu kimi, SMS vasitəsilə müəyyən ehtiyaclar üçün küçəyə çıxa bilirdik. Amma bu ehtiyaclar şənbə gününədək tamamilə həll olunmalıdır. Yalnız xüsusi sağlamlıq vəziyyətlərində və tibb müəssisələrinə müraciət olunması zəruri hallarda icazə veriləcək. Zəruri həyati vacib xidmət sahələrində çalışan vətəndaşlarımıza icazə veriləcək. İctimai və şəxsi nəqliyyatın tam qapadılması nəzərdə tutulur. Onlardan istifadə etmək mümkün olmayacaq. Yalnız qeyd etdiyim həyati vacib zəruri sahələrdə çalışan şəxslərə istisnalar ola bilər".

© xezerxeber.az


1760 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR