Azərbaycanda yenə zəlzələ baş verdi

04.06.2020 08:52

İyunun 3-də Cəlilabad stansiyasından 33 kilometr şimal-qərbdə Biləsuvar rayonu ərazisində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 22:09-da qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bu gün Qax rayonu ərazisində də zəlzələ olub.

© xezerxeber.az


421 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR