İctimai və şəxsi nəqliyyatdan istifadə tam qadağan olunur

03.06.2020 19:38

"İctimai və şəxsi nəqliyyatdan istifadə həftəsonları tam qadağan olunacaq, yalnız müəyyən sahələrdə çalışanlarla bağlı istisnalar nəzərdə tutulur”.

Xezerxeber.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, bu gün tibb müəssisələri fədakar həkimlərimizin əməyi ilə xidmət göstərməkdədir: "Həkimlər çox əziyyətli olsa da, öz fəaliyyətlərini davam etdirirlər. Bir çox xarici ölkədə xəstələr orta və ağır vəziyyətə gələnə qədər evdə qalırlar. Ancaq bizdə hər bir xəstə pozitiv nəticə verən zaman müvafiq tibb müəssisəsinə yerləşdirilir. Məhz bunun nəticəsidir ki, bu qədər xəstə sayına baxmayaraq, itirdiyimiz xəstələrin sayı azdır”.

O əlavə edib ki, həftəsonları ticarət mərkəzlərinin tam qapanması nəzərdə tutulur.

Onun sözlərinə görə, vətəndaşlar iki gün üçün zəruri ehtiyaclarını ödəmək məqsədilə alış-veriş etməlidirlər. Lakin bu, yalnız 2 gün ərzində olacaq.

R.Bayramlı qeyd edib ki, həmin günlərdə vətəndaşlara SMS-lə küçəyə çıxmasına icazə veriləcək: "Ancaq bu, SMS əvvəlki kimi olmayacaq. Xüsusi sağlamlıq vəziyyətlərində küçəyə çıxmağa icazə veriləcək. İctimai və şəxsi nəqliyyatın da tam qapadılması nəzərdə tutulur”.

TƏBİB sədri əlavə edib ki, dövlət müəssisələrində cümə günlərində iş saatlarının qısaldılması barədə də təkliflər verilib.

© xezerxeber.az


706 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR